...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən qərar qəbul edib

Siyasət Materials 5 Fevral 2013 13:19 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Prezident İlham Əliyevin bu ilin oktyabrında keçiriləcək Azərbaycan prezidentliyinə seçkilərdə namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən qərar qəbul edib

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Prezident İlham Əliyevin bu ilin oktyabrında keçiriləcək Azərbaycan prezidentliyinə seçkilərdə namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib. Trend-in məlumatına görə, bunu AHİK-in IV qurultayında çıxışı zamanı AHİK sədri Səttar Mehbalıyev deyib.

"Çox böyük məmnuniyyətlə elan etmək istəyirəm ki, həmkarlar ittifaqları təşkilatları qurultayqabağı yığıncaqlarında builki prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib və bunu qurultayın uca kürsüsündən söyləməyi mənə həvalə ediblər. Biz 2003-cü ildə də, 2008-ci ildə də ölkədə ilk dəfə olaraq bu addımı atmışdıq, indi də sözümüzün arxasındayıq" Mehbalıyev deyib.

Mehbalıyev qeyd edib ki, prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, imzaladığı fərman və sərəncamların, tapşırıq və tövsiyələrinin icra olunması bu məqsədə çatmaqda onlara böyük dəstək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti