...

"Dövlət sərhədi haqqında" qanunda dəyişikliklər tətbiq edilir

Siyasət Materials 5 Fevral 2013 14:28 (UTC +04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2012-ci il 28 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.
"Dövlət sərhədi haqqında" qanunda dəyişikliklər tətbiq edilir

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2012-ci il 28 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Dəyişikliklərə əsasən, qanunun 4-cü maddəsinin birinci hissəsinin 5-ci bəndi aşağıdakı redaksiyada verilir:
"5) qanunla müəyyən olunmuş qaydada şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın dövlət sərhədinin buraxılış məntəqələrindən buraxılmasını həyata keçirir;".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti