...

Ermənistanın ictimai təşkilatının nümayəndələri Serj Sarkisyanın siyasətini pisləyiblər

Siyasət Materials 5 Fevral 2013 16:00 (UTC +04:00)
Ermənistanın "Vətəndaş təşəbbüsləri " ictimai təşkilatının nümayəndələri Serj Sarkisyanın siyasətini pisləyiblər.
Ermənistanın ictimai təşkilatının nümayəndələri Serj Sarkisyanın siyasətini pisləyiblər

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Ermənistanın "Vətəndaş təşəbbüsləri " ictimai təşkilatının nümayəndələri Serj Sarkisyanın siyasətini pisləyiblər. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" yazır.

Bəyanatda deyilir ki, hazırkı Prezident və prezidentliyə namizəd Serj Sarkisyan 2008-ci il martın 1-də törədilən cinayətlərə, kütləvi miqrasiyaya, orduda dinclik dövründə törədilən qətllərin açılması işində nəticələrin olmaması, bizə məxsus olan təbii sərvətlərin oğurlanmasının açılmasında ədalət mühakiməsinin olmaması, təbiət və mədəni-tarixi abidələrin məhv edilməsi, eləcə də bir sıra başqa məsələlərin həll olunmamasına görə şəxsən məduliyyət daşıyır.

"Qoy belə hakimiyyətin və onun namizədinin mənəvi siması barədə ictimaiyyət mühakimə yürütsün. İlk uyğun hal qarşıdakı seçkilərdir", - qurumun bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Ermənistan prezidentliyinə namizəd, ölkənin hazırkı dövlət başçısı və oliqarxlar sistemində əsas məsul şəxs olan Serj Sarkisyan öz təbliğat çarxını dərc etdirib.
Videoçarxda Ermənistandakı ekoloji və digər hərəkatlar haqqında mövzulara toxunulub: o, eləcə də heç çəkinmədən vətəndaşların Trçkan şəlaləsi, Maştotsa bağçası və başqa problemlərin həlli uğrunda mübarizəsini və uğurlarını mənimsəyib və "özəlləşdirib", özünü ictimai mülkiyyəti müdafiə edən fəalın "müdafiəçi" obrazında təqdim edib.

"Biz hesab edirik ki, bir qrup Ermənistan vətəndaşının dürüst mübarizəsini mənimsəmək və qaralamaq, onu öz adına yazmaq əxlaqsızlıqdan başqa bir şey deyil. Bir dəfəlik təsdiqləmək və həmişəlik etiraf etmək lazımdır ki, bu qələbələr yalnız və yalnız Ermənistan Respublikasının qanundan kənara çıxmayan və vicdanlı vətəndaşlarına aiddir. Həmin vətəndaşlara ki, onlar bir neçə ay boyunca aparılan mübarizə nəticəsində qanunları pozan məmurları öz qanunsuz qərarlarını dəyişdirməyə və təkrar gözdən keçirməyə, ictimaiyyətin maraqlarına əsaslanan qərarlar qəbul etməyə məcbur edərək uğur qazanıblar", - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti