...

"İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişikliklər edildi

Siyasət Materials 5 Fevral 2013 19:36 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
"İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişikliklər edildi

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana uyğun olaraq, "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı məzmunda 2.5-1-ci və 2.5-2-ci bəndlər əlavə edilir:

"2.5-1. Məcəllənin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinin, bölmələrinin, qruplarının rəisləri, baş inspektorları və inspektorları;

2.5-2. Məcəllənin 339-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, onun müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri;".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti