...

Vladimir Doroxin: Rusiya və Ermənistan əlaqələri vacib hesab etdikləri alqoritmlər üzrə qurur

Siyasət Materials 6 Fevral 2013 16:19 (UTC +04:00)
Rusiya və Ermənistan suveren dövlətlərdir və öz aralarında münasibətləri lazım hesab etdikləri və beynəlxalq hüquqa uyğun gələn alqoritmlər üzrə qururlar.
Vladimir Doroxin: Rusiya və Ermənistan əlaqələri vacib hesab etdikləri alqoritmlər üzrə qurur

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Axundov/

Rusiya və Ermənistan suveren dövlətlərdir və öz aralarında münasibətləri lazım hesab etdikləri və beynəlxalq hüquqa uyğun gələn alqoritmlər üzrə qururlar.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə axşamı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiyadan Ermənistana silah tədarükü haqqında KİV-də gedən məlumatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, RF ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq şəffafdır.

"Bizim bütün tədarüklərimizlə bağlı Birləşmiş Millətlər Təşkilatı qarşısında hesabat veririk", - səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti