...

Rusiya Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir - səfir

Siyasət Materials 6 Fevral 2013 18:43 (UTC +04:00)
Rusiya Federasiyası (RF) Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir.
Rusiya Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir - səfir

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya Federasiyası (RF) Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində RF-nin diplomatik xidmət oqanları əməkdaşlarının peşə bayramı ilə əlaqədar açılan fotosərgidə deyib.

"Rusiya və Azərbaycan münasibətləri ölkələrin bu və ya digər maraqlarına əsaslanır. Bu maraqlar ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın olmasına hesablanıb", - səfir qeyd edib.

Doroxinin sözlərinə görə, həll edilməyən köhnə münaqişələr, yeni risk və təhlükələrin yaranması qarşılıqlı əməkdaşlığın zəruriliyini diktə edir ki, buna da Rusiya hazırdır.

Səfir deyib ki, Rusiyanın xarici siyasəti milli maraqların qorunmasına, suverenitet prinsiplərinə, beynəlxalq hüquq prinsiplərinin təsdiqinə istiqamətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti