...

Səfir: Azərbaycanla əlaqələri inkişaf etdirmək İranın prioritet məsələsidir

Siyasət Materials 6 Fevral 2013 18:37 (UTC +04:00)
Azərbaycanın İranla dini bağlılığı var, elə bu səbəbdən də bu ölkə ilə əlaqələri inkişaf etdirmək İran üçün proritet məsələdir.
Səfir: Azərbaycanla əlaqələri inkişaf etdirmək İranın prioritet məsələsidir

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir T.Cəfərov/

Azərbaycanın İranla dini bağlılığı var, elə bu səbəbdən də bu ölkə ilə əlaqələri inkişaf etdirmək İran üçün proritet məsələdir. Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün Tehranda deyib. Trend-in məlumatına görə, bu barədə İranın Nasimonline.ir saytı xəbər verir.

"İran və Azərbaycan arasındakı əlaqələrdə heç bir gərginlik yoxdur, lakin fikir ayrılığı var", - Pakayin qeyd edib.

Səfirin sözlərinə görə, İran və Azərbaycan rəsmilərinin iradəsi ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətindədir.

"İran Azərbaycanla fikir ayrılıqlarını azaltmaq və birgə əməkdaşlığın səviyyəsini artırmaqda maraqlıdır", - səfir bildirb.

Pakayin Qərb mətbuatında İran-Azərbaycan münasibətləri ilə bağlı gedən mənfi xəbərlərin iki ölkə arasında əlaqələri korlamaq məqsədilə yayıldığını vurğulayıb.

"Bəzi Qərb mətbuatı sərhəddə baş vermiş kiçik bir insidenti şişirdərək İran və Azərbaycan əlaqələrinin inkişafına mane olmağa çalışırlar", - Pakayin deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti