...

Azərbaycanda KİV-lərdə yayılan məlumatlar əsasında tibb müəssisələrində yoxlamalar aparılacaq

Siyasət Materials 6 Fevral 2013 21:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
Azərbaycanda KİV-lərdə yayılan məlumatlar əsasında tibb müəssisələrində yoxlamalar aparılacaq

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Trend-in məlumatına görə, dövlət başçısı Fərmanda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilsin.

Dəyişikliyə görə, 9.11-1-ci yarımbənd əlavə edilib ki, tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və (və ya) sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparılacaq.

Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti iki ay müddətində "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının 1997-ci il 26 iyun tarixli 360-İQ nömrəli Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş pullu ixtisaslaşdırılmış tibbi yardımın növlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.

Dərman vasitələrinin qiymətləri və onların ekspertizasının tarifləri ilə bağlı yeni tənzimləmə mexanizminə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti