...

Azərbaycan Ümumdünya Poçt Konvensiyasına və onun yekun protokoluna qoşulur

Siyasət Materials 7 Fevral 2013 16:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında qanunu təsdiq edib.
Azərbaycan Ümumdünya Poçt Konvensiyasına və onun yekun protokoluna qoşulur

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında qanunu təsdiq edib.

Azərbaycan 2008-ci il avqustun 12-də Cenevrə şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna Azərbaycan Respublikasının ona dair bəyanatı ilə qoşulur.

Dövlət başçısı, həmçinin "Poçt ödəniş xidmətləri haqqında" sazişə qoşulmaq barədə qanunu təsdiq edib.

Azərbaycan 2008-ci il avqustun 12-də Cenevrə şəhərində imzalanmış "Poçt ödəniş xidmətləri haqqında" sazişə Azərbaycan Respublikasının ona dair bəyanatı ilə qoşulur.

Bundan başqa, Azərbaycan 2008-ci il avqustun 12-də Cenevrə şəhərində imzalanmış Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola və İttifaqın Nizamnaməsinə əlavə səkkizinci Protokola da qoşulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti