...

Mübariz Qurbanlı: Azərbaycan kosmik ölkələr klubuna daxil olmaqla bölgədə liderlik mövqeyini daha da möhkəmləndirir

Siyasət Materials 8 Fevral 2013 16:51 (UTC +04:00)
Azərbaycan kosmik ölkələr klubuna daxil olmaqla bölgədə liderlik mövqeyini daha da möhkəmləndirir, güclü ölkə olduğunu nümayiş etdirir.
Mübariz Qurbanlı: Azərbaycan kosmik ölkələr klubuna daxil olmaqla bölgədə liderlik mövqeyini daha da möhkəmləndirir

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan kosmik ölkələr klubuna daxil olmaqla bölgədə liderlik mövqeyini daha da möhkəmləndirir, güclü ölkə olduğunu nümayiş etdirir. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycan peykinin orbitə buraxılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı ölkəsinin inkişafından qürur duyur.

"Azərbaycanın kosmik fəzaya peyk çıxarması, növbəti kosmik proqramları həyata keçirmək üçün genişmiqyaslı fəaliyyətə başlaması mühüm, Azərbaycanın Cənubi Qafqazda əsl lider dövlət olduğunu bir daha təsdiq edən hadisədir", - o bildirib.

Qurbanlı deyib ki, cəmi 20 illik müstəqillik dövrünü yaşayan, eyni zamanda, müstəqilliyin ilk illərində Ermənistan tərəfindən təcavüzə məruz qalan Azərbaycan öz peykini orbitə çıxarmaqla ötən illər ərzində sürətli inkişaf yolunu keçdiyini bir daha təsdiqlədi.

"Bu Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nəticəsidir, modernləşən Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasətin davamıdır, Prezident İlham Əliyevin strateji hədəflərinin dəqiqliyidir. Bu gün Azərbaycan peykinin orbitə çıxarılması ilə biz kosmik ölkələr klubuna daxil olduq, həmçinin bu hadisə Azərbaycanı dünya miqyasında, beynəlxalq aləmdə kosmik sənaye sahəsində nailiyyətlər qazanan ölkələr sırasına daxil etdi", - YAP icra katibinin müavini deyib.

O hazırda Azərbaycanın Ermənistanla bütün sahələrdə üz-üzə dayandığını deyib.

"Bu, müəyyən mənada yarışdır və biz bütün sahələrdə Ermənistanı üstələmişik. İqtisadiyyat, mədəniyyət, idman, o cümlədən diplomatiya sahəsində. Bu isə elmi nailiyyətlər və onun nəticələrindən istifadədir. Burada da biz Ermənistanı ən azı bir neçə onillik qabaqlamış olduq", - o deyib.

Qurbanlı vurğulayıb ki, peykimizin orbitə buraxılmasının iqtisadi əhəmiyyəti var - Azərbaycan öz peyki vasitəsilə telekommunikasiya sisteminə qoşulur, bir neçə ildən sonra isə həmin peykdən telekommunikasiya ilə bağlı əldə olunan gəlirlərdən Azərbaycanın büdcəsinə daxilolmalar həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti