...

Oqtay Əsədov Pakistana səfər edəcək

Siyasət Materials 8 Fevral 2013 18:46 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 11-12-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının birinci iclasında iştirak etmək üçün Pakistana səfər edəcək.
Oqtay Əsədov Pakistana səfər edəcək

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 11-12-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının birinci iclasında iştirak etmək üçün Pakistana səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Əliağa Hüseynov, İlham Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

İslamabad şəhərində keçiriləcək İƏT PA-nın birinci ümumi yığıncağında tövsiyə xarakterli qərarlar qəbul ediləcək və bir sıra təşkilati məsələlərə baxılacaq.

Əsədov tədbirdə çıxış edərək təşkilata üzv dövlətlər arasında parlamentlərarası münasibətlərin gücləndirilməsi barədə fikirlərini bildirəcək. Səfər çərçivəsində parlament sədrinin toplantıda iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin, ikitərəfli əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti