...

Hayrikyan Ermənistan prezidentliyinə namizədləri mövcud rejimə qarşı birgə mübarizəyə səsləyib

Siyasət Materials 9 Fevral 2013 12:03 (UTC +04:00)
Daha əvvəl sui-qəsdə məruz qalmış Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan birgə komanda şəklində mövcud rejimə qarşı mübarizə aparmaq məqsədilə digər namizədlər Raffi Hovannisyan və Qrant Baqratyana açıq məktub göndərib.
Hayrikyan Ermənistan prezidentliyinə namizədləri mövcud rejimə qarşı birgə mübarizəyə səsləyib

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Daha əvvəl sui-qəsdə məruz qalmış Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan birgə komanda şəklində mövcud rejimə qarşı mübarizə aparmaq məqsədilə digər namizədlər Raffi Hovannisyan və Qrant Baqratyana açıq məktub göndərib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Hayrikyan məktubunda hazırlaşmaq mümkün olsun deyə, seçkiləri 14 gün təxirə salmağa hazır olduğunu bildirib.

Onun məktubu sosial şəbəkələrin birində yerləşdirilib. "Mənim birləşmək barədə zənglərim cavabsız qaldı. Hovannisyan və Baqratyan çox məşğul idilər", - o yazıb.

Hayrikyanın sözlərinə görə, seçkilərin 14 gün təxirə salınması vahid namizədlə çıxış etməyə imkan verəcək.

"Bu zaman 70 faiz deyil, hətta 80 faiz səs toplaya bilərik", - namizəd hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti