...

Ermənistanda prezident seçkilərində elektron səsvermə başlayıb

Siyasət Materials 9 Fevral 2013 14:33 (UTC +04:00)
Xaricdəki diplomatik missiyaların nümayəndələri və onların ailə üzvləri üçün Ermənistan prezidenti seçkiləri üzrə elektron səsvermə başlayıb.
Ermənistanda prezident seçkilərində elektron səsvermə başlayıb

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Xaricdəki diplomatik missiyaların nümayəndələri və onların ailə üzvləri üçün Ermənistan prezidenti seçkiləri üzrə elektron səsvermə başlayıb. Trend-in şənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səsvermə Yerevan vaxtı ilə saat 08:00-da start götürüb.

5 gün davam edəcək səsvermə fevralın 13-də saat 20:00-da yekunlaşacaq. Elektron səsvermə üzrə siyahıda 243 nəfər var. Ötən ilin sonunda onlara elektron səsvermə üzrə müvafiq şəxsi kodlar verilmişdi.

Səsvermə Mərkəzi Seçki Komissiyasının internet saytında aparılacaq. Səsvermənin nəticələri Ermənistan ərazisində səsvermə yekunlaşdıqdan 20 saat sonra hesablanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti