...

Azərbaycan XİN AB rəsmilərinin bəyanatını istintaqa müdaxilə kimi qiymətləndirir

Siyasət Materials 10 Fevral 2013 12:32 (UTC +04:00)
Azərbaycan XİN Avropa Birliyinin rəsmi şəxslərinin bəyanatını araşdırmaya təyziq faktı kimi qiymətləndirir və istintaqa bu cür müdaxilənin yolverilməz olduğunu hesab edir.
Azərbaycan XİN AB rəsmilərinin bəyanatını istintaqa müdaxilə kimi qiymətləndirir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN Avropa Birliyinin rəsmi şəxslərinin bəyanatını araşdırmaya təyziq faktı kimi qiymətləndirir və istintaqa bu cür müdaxilənin yolverilməz olduğunu hesab edir.

Trend-in məlumatına görə, bu barədə bazar günü brifinqdə XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

"Heç kimin bu istintaqa bu cür müdaxilə etmək haqqı yoxdur", - Abdullayev deyib.

Abdullayev bildirib ki, AB-in Azərbaycana belə yanaşmasını rəsmi Bakı ədalətsiz və qeyri obyektiv qiymətləndirir.

"Təəssüf ki, AB-nin bəzi rəsmi şəxsləri mövcud şəraiti qeyri obyektiv qiymətləndirərək onu təhrif edir və hadisələrə ədalətdən kənar qiymət verirlər. Bu da təəcüb doğurur və sual yaradır - nəyə görə bizim regionda baş verən hadisələrə AB-nin münasibət bildirmədiyi halda Azərbaycana qarşı belə qeyri obyektiv yanaşma var? AB-nin bu cür yanaşması təəssüf doğurur və bu qurumun neytrallığının və obyektivliyinin üzərinə kölgə salır", - Abdullayev deyib.

Qeyd edək ki, Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton və genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycanda Müsavat başqanının müavini Tofiq Yaqublunun və REAL hərəkatının sədri İlqar Məmmədovun həbsindən narahatlıqlarını bildiriblər. Birgə yaydıqları bəyanatda AB-nin komissarları Azərbaycanı "məsələnin sürətli, ədalətli, şəffaf və müstəqil araşdırmasını təmin etməyə" çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti