...

Azərbaycan Prezident İlham Əliyev İranın dövlət başçısını təbrik edib

Siyasət Materials 10 Fevral 2013 14:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezident İlham Əliyev İranın dövlət başçısını təbrik edib

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada təbrik məktubu ünvanlayıb.

"İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və Sizin simanızda qardaş İran xalqına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız arasındakı münasibətlərin xoş ənənələri
bu gün də davam etməkdədir. Qarşılıqlı etimad, inam və dəstəyə əsaslanan münasibətlərimiz, həmçinin ortaq mənəvi dəyərlərimizdən güc alır", deyə İlham Əliyev təbrik məktubunda bildirib.

Dövlət başçısı əmindir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında belə möhkəm təməllər üzərində qurulmuş münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün gözəl zəmin olacaqdır.

"Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm", deyə Azərbaycan Prezidenti qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti