...

Bir qrup fransalı deputat "erməni soyqırımı"na dair qanun layihəsi hazırlayır

Siyasət Materials 11 Fevral 2013 13:28 (UTC +04:00)
Fransanın müxalifət partiyasından olan bir qrup deputat "erməni soyqırımı"nı inkar etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsi hazırlayır.
Bir qrup fransalı deputat "erməni soyqırımı"na dair qanun layihəsi hazırlayır

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir A. Tağıyeva/

Fransanın müxalifət partiyasından olan bir qrup deputat "erməni soyqırımı"nı inkar etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsi hazırlayır.

Trend-in bazar ertəsi "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, deputatlar baxılması üçün qanun layihəsini artıq parlamentə təqdim ediblər.

Qeyd edək ki, daha əvvəl Fransa parlamenti bu qanun layihəsini təsdiq etmişdi. Lakin sonra Fransa Konstitusiya Şurası həmin qanunu ləğv etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti