...

Konklav yeni Roma Papasının seçilməsi üçün martda toplaşacaq

Siyasət Materials 11 Fevral 2013 15:55 (UTC +04:00)
XVI Benedikt postunu tərk etdikdən sonra yeni Roma Papasını seçəcək Kardinallar Şurası cari ilin mart ayında toplaşacaq.
Konklav yeni Roma Papasının seçilməsi üçün martda toplaşacaq

Azərbaycan, Bakı, 11 fevral /Trend/

XVI Benedikt postunu tərk etdikdən sonra yeni Roma Papasını seçəcək Kardinallar Şurası (konklav) cari ilin mart ayında toplaşacaq. Trend-in məlumatına görə, bu barədə RİA-Novosti "Rai News24" telekanalına istinadən məlumat verir.

XVI Benedikt bu gün bəyan edib ki, bu yaşında artıq katolik kilsəsinə başçılıq edə bilmir.

O, fevralın 28-də postunu tərk etməyə hazırlaşır.

Qeyd edək ki, XVI Benedikt Roma Katolik kilsəsinə 2005-ci ildən rəhbərlik edir. O, 265-ci Roma Papasıdır. Benedikt 1730-cu ildə Roma Papası olan XII Klimentdən sonra Papa seçilərkən yaşına görə ən qoca Roma Papası olub. Əsl adı Yozef Aloiz Ratsinger olan Papa 1927-ci il aprelin 16-da Almaniyanın Bavariya əyalətinin Marktl-am-İnn kəndində polis ailəsində anadan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti