...

Ərdoğan Aİ-ni terrorizmlə mübarizə məsələsində fəaliyyətsizlikdə günahlandırır

Siyasət Materials 12 Fevral 2013 15:09 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını (Aİ) terrorizmə münasibətdə fəaliyyətsizlikdə günahlandırır.
Ərdoğan Aİ-ni terrorizmlə mübarizə məsələsində fəaliyyətsizlikdə günahlandırır

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını (Aİ) terrorizmə münasibətdə fəaliyyətsizlikdə günahlandırır. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Ərdoğan bəyan edib ki, Aİ bir sıra təşkilatları, o cümlədən, Kürd Fəhlə Partiyasını (PKK) və İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsini (DHKP-C) terror təşkilatları kimi tanıyıb. Lakin bununla yanaşı, Aİ Türkiyədə terror probleminin həlli üçün heç nə etmir.

"Bu gün Türkiyədə terrorizmdə günahlandırılan 400-dən çox adam Almaniya ərazisindədir və ölkə hər dəfə onların Türkiyəyə ekstradisiyası məsələsini təxirə salır", - Ərdoğan deyib.

O, həmçinin bildirib ki, PKK-nın Avropada saxlanılan bir çox terrorçu üzvləri qısa müddətdən sonra azadlığa buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti