...

Ermənistan prezidentliyinə namizəd Hayrikyana sui-qəsddə iştirakını təkzib edir

Siyasət Materials 12 Fevral 2013 17:31 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd Vardan Sedrakyan Ermənistan KİV-də onun digər namizəd Paruyr Hayrikyana sui-qəsddə əli olması barədə yayılan şayiələri rədd edir. Bu barəə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir.
Ermənistan prezidentliyinə namizəd Hayrikyana sui-qəsddə iştirakını təkzib edir

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Ermənistan prezidentliyinə namizəd Vardan Sedrakyan Ermənistan KİV-də onun digər namizəd Paruyr Hayrikyana sui-qəsddə əli olması barədə yayılan şayiələri rədd edir. Bu barəə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir.

Yanvarın 31-də Hayrikyana qarşı sui-qəsd nəticəsində o, yaralanaraq xəstəxanaya düşüb. Ötən cümə günü Ermənistan MTX bu işdə şübhəli bilinən iki nəfəri - Xaçatur Poqosyanı və Samvel Arutyunyanı saxladığını bəyan etmişdi. Bir gündən sonra isə saxlanılandardan birinin mənzilindən "Naqan" markalı tapançanın tapıldığı xəbər verilmşdi. Ermənistan KİV-də yayılan məlumata görə, Sedrakyan saxlanılanlarla tanış olub.

"Hələlik dövlət məni heç nədə ittiham etmir, lakin mən əminəm ki, seçki prosesi başa çatdıqdan, beynəlxalq müşahidəçilərin Ermənistanı tərk etməsindən sonra hökumət məni günahlandıracaq və həbs edəcək. KİV bundan əvvəl də mənim adımı qalmaqallı cinayət işlərində hallandırmışdı, lakin onun adı bu işlərin heç birində keçmirdi. Bununla da KİV terrorçu Sedrakyan obrazını formalaşdırmaq istəyir", - Sedrakyan çəşənbə axşamı jurnalistlərə deyib.

Namizəd onu da bildirib ki, onun təqiblərinə hakimiyyətin cəlb olunmasını inamla iddia edə bilmir, amma görünür ki, bu təqib planlaşdırılıb.

Buna baxmayaraq, Sedrakyan ittiham olunanlarla tanış olduğunu etiraf edib, çünki onlardan biri Samvel Arutyunyan onun qonşuluğunda yaşayır.

"Arutyunyan mənim təbliğat materiallarımı yaymağı təklif etdi, mən razılıq verdim və onun işinin haqqını ödədim. Əgər siz indi onun evinə getsəniz, onda orada onun yaymadığı 5-6 min nüsxə mənim çap edilmiş müsahibələrimi görə bilərsiniz", - Sedrakyan bildirib.

O, həmçinin maşınını digər ittiham olunan Xaçatur Poqosyana satdığını da etiraf edib. Çünki ona maşın lazım imiş.

Sedrakyan ittiham olunanlardan birinin narkoman olduğunu və narkotiklərin təsiri altında namizədin özü tərəfindən cəza qrupunun yaradılması, eləcə də Hayrikyanın "sifarişi" və vəd olunan yüksək vəzifə haqqında bütün Kanakerə (Yerevanda rayon) məlumat yaydığını qeyd edib.

Sedrakyan əlavə edib ki, ittiham olunanlar narkotiklərin təsiri və ya təzyiq altında ona qarşı istənilən ifadə verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti