...

Mübariz Əhmədoğlu: Ermənistan Prezidenti ilə müdafiə naziri arasında ciddi narazılığın ilkin əlamətləri üzə çıxdı

Siyasət Materials 14 Fevral 2013 14:03 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanla ölkənin müdafiə naziri Seyran Ohanyan arasında ciddi narazılığın ilkin əlamətləri üzə çıxdı. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Ermənistan Prezidenti ilə müdafiə naziri arasında ciddi narazılığın ilkin əlamətləri üzə çıxdı

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Ermənistan Prezidenti Serj Sarkisyanla ölkənin müdafiə naziri Seyran Ohanyan arasında ciddi narazılığın ilkin əlamətləri üzə çıxdı. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor V.Avetisyan özü anlaşılmaz məzmunlu məlumat yaydı.

"Bu məlumatın tabeçiliyində olan işçi A.Ovanesyan tərəfindən deyil, onun özü tərəfindən yayılması və məlumatdakı bəzi yerində olmayan məsələlər diqqəti çəkir. Bu informasiyadan qabaq iki hadisə baş vermişdi; Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistana səfəri zamanı təmtəraqla qarşılanmasına baxmayaraq, Rusiyanın Ermənistandakı hərbi bazasına baş çəkə bilmədi", - Əhmədoğlu deyib.

O qeyd edib ki, Şoyqunun səfər proqramında 102-ci hərbi bazaya baş çəkmək nəzərdə tutulmuşdu. Şoyqu 102-ci hərbi bazaya baş çəkdikdən sonra Qazaxıstana uçmalı idi.

"Rusiyanın Ermənistandakı hərbi bazasına baş çəkə bilməyən Rusiya müdafiə naziri Yerevandan Qazaxıstana deyil, Moskvaya uçdu. Bununla proqramında daha bir dəyişiklik etdi. Moskvaya çatan kimi Prezident Vladimir Putinlə görüşdü. Rusiyanın Ermənistandakı hərbi bazasının aktivliyi, bu baza ilə bağlı prezidentlə müdafiə naziri arasında fikir ayrılığının olması da mətbuatdan görünür", - Əhmədoğlu deyib.

Onun fikrincə, ehtimal ki Rusiya Ohanyana dəstək vermək niyyətindədir. Gömrük İttifaqına girməyən, Qərbə qaçmaq istəyən Sarkisyanı Rusiya öz müdafiə naziri vasitəsilə cəzalandırmaq niyyətində ola bilər.

Əhmədoğlu qeyd edib ki, ikinci hadisə prezidentliyə namizəd Raffi Ovannisyanın Dağlıq Qarabağa gəlməsi, ön cəbhədə hərbçilərlə görüşməsidir.

"Sarkisyan Dağlıq Qarabağın müstəqilliyinə dair Ovannisyanın səsləndirdiyi fikirləri kəskin şəkildə tənqid etdi. Müəyyən mənada onun fikrində ənənəvi erməni mövqeyindən uzaqlaşmaq elementi də var idi. Prezidentliyə namizəd Ovannisyanın Dağlıq Qarabağa səfərinə və hərbçilərlə görüşməsinə Sarkisyanın belə reaksiyası deməyə əsas verir ki, onun Ovannisyanın Dağlıq Qarabağa getməsindən xəbəri olmayıb", - politoloq deyib.

O vurğulayıb ki, Sarkisyandan başqa, belə səfərə yalnız Ohanyan icazə verə bilərdi. "Ohanyan qərbpərəst Ovannisyanın Qarabağa səfərini təşkil etməklə Ermənistan siyasətinin qərb yönümlü olması mesajını verdi. Digər prezidentliyə namizədlərin Qarabağa getmək istəməməsi, hərbçilərlə görüşmək niyyətində olmaması mümkün deyil. Ən azı qondarma "Dağlıq Qarabağ respublikası"nın keçmiş "xarici işlər naziri", indi prezidentliyə namizəd Arman Melikyan mütləq bu niyyətdə idi", - Əhmədoğlu deyib.

Onun fikrincə, digər prezidentliyə namizədlərə imkan verilməməsi fonunda Ovannisyana şərait yaradılması vəziyyətin ciddi olduğunun göstəricisidir. "Hər halda Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurunun yaydığı məlumatda "Tiqranakert"in adının hallanmasından belə başa düşmək olar ki, müdafiə naziri prezidenti milli maraqlara xəyanətdə ittiham etməyə hazırlaşır", - politoloq vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti