...

Siyasi partiyaların nümayəndələri üçün seminar-praktikumlara start verilib

Siyasət Materials 14 Fevral 2013 14:30 (UTC +04:00)
Siyasi partiyalar tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə yaranacaq ilkin çətinliklərin qarşısının alınması məqsədilə həmin təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində seminar-praktikum təşkil edilib.
Siyasi partiyaların nümayəndələri üçün seminar-praktikumlara start verilib

Azəbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Siyasi partiyalar tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə yaranacaq ilkin çətinliklərin qarşısının alınması məqsədilə həmin təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində seminar-praktikum təşkil edilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ilk seminar praktikumda 13 siyasi partiyadan 16 nəfər nümayəndə iştirak edir. Seminar fevralın 15-dək davam edəcək.

Siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı ikinci və üçüncü seminar-praktikumlar isə 19-21 və 25-27 fevral 2013-cü il tarixlərdə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti