...

Gürcüstanın və Türkiyənin baş nazirləri regional layihələri və təhlükəsizlik məsələlərini müzakirə ediblər

Siyasət Materials 14 Fevral 2013 22:36 (UTC +04:00)
Ankarada Türkiyənin baş naziri R.T.Ərdoğanın və Gürcüstanın baş naziri B.İvanişvilinin görüşü keçirilib. "Trend"-in məlumatına görə, əvvəlcə baş nazirlər təkbətək görüş keçiriblər.
Gürcüstanın və Türkiyənin baş nazirləri regional layihələri və təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Ankarada Türkiyənin baş naziri R.T.Ərdoğanın və Gürcüstanın baş naziri B.İvanişvilinin görüşü keçirilib. Trend -in məlumatına görə, əvvəlcə baş nazirlər təkbətək görüş keçiriblər.

Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, həmçinin, iqtisadi münasibətlərin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Ərdoğan və İvanişvili regional təhlükəsizlik məsələləri və Türkiyə ilə Gürcüstanın iştirakı ilə reallaşdırılan çoxtərəfli layihələr haqqında fikir mübadiləsi aparıblar.

Baş nazirlərin görüşündən sonra hər iki ölkənin hökumət nümayəndələrinin görüşü keçirilib. Görüşdə, həmçinin, iqtisadi, siyasi əlaqələrin və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

B.İvanişvili, eyni zamanda, Türkiyənin prezidenti və parlament sədri ilə də görüşlər keçirib.

Bununla da, Gürcüstanın baş nazirinin Türkiyəyə birgünlük səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti