...

Gürcüstanın və Rusiyanın xüsusi nümayəndələrinin ikinci görüşü martın 1-də baş tutacaq

Siyasət Materials 14 Fevral 2013 23:47 (UTC +04:00)
Gürcüstanın və Rusiyanın iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndələrinin – diplomat Zurab Abaşidzenin və Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasinin görüşü martın 1-də baş tutacaq.
Gürcüstanın və Rusiyanın xüsusi nümayəndələrinin ikinci görüşü martın 1-də baş tutacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Gürcüstanın və Rusiyanın iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndələrinin - diplomat Zurab Abaşidzenin və Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasinin görüşü martın 1-də baş tutacaq. RİA Novostinin məlumatına görə, bunu Z.Abaşidze jurnalistlərə deyib.

Onun sözlərinə görə, görüş yeri hələ də bəlli deyil, amma ehtimal olunur ki, görüş Avropa ölkələrinin birində - ilk görüşün baş tutduğu Cenevrədə keçirilə bilər.

Xatırladaq ki, diplomatlar ilk görüşdə tərəflərin hazırki mərhələdə əməkdaşlıq edə biləcəkləri sahələrə dair müzakirələr aparıb. Bu sferalar qismində isə ticarət, nəqliyyat, mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət, humanitar sektor və s. çıxış edir.

Xəbər lenti

Xəbər lenti