...

Vladimir Putin G20 dövlətlərinin maliyyə nazirlərinin ilk görüşündə iştirak edəcək

Siyasət Materials 15 Fevral 2013 00:26 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin bu ölkənin sədrliyilə, G20 dövlətlərinin maliyyə nazirlərinin və mərkəzi bankların sədrlərinin iştirakı ilə keçiriləcək ilk görüşdə iştirak edəcək.
Vladimir Putin G20 dövlətlərinin maliyyə nazirlərinin ilk görüşündə iştirak edəcək

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Rusiya prezidenti Vladimir Putin bu ölkənin sədrliyilə G20 dövlətlərinin maliyyə nazirlərinin və mərkəzi bankların sədrlərinin iştirakı ilə keçiriləcək ilk görüşdə iştirak edəcək. RİA Novosti xəbər verir ki, görüşdə dünyanın iqtisadi-maliyyə sferasındakı vəziyyətə, "iyirmiliyə" daxil olan mili hökumətlərin dünya iqtisadiyyatının inkişafı üzrə fəaliyyətinə və maliyyə bazarlarına olan etibarın yenidən formalaşdırılmasına toxunula bilər.

"Bundan başqa, fevral ayının 15-16-da keçiriləcək G20 dövlətlərinin maliyyə nazirlərinin və mərkəzi bankların sədrlərinin ilk görüşünün gündəliyinə beynəlxalq maliyyə arxitekturasının və maliyyə tənzimlənməsi üzrə həyata keçirilən islahatların stabilləşdirilməsi, balanslaşdırılması, gücləndirilməsi və yenilənməsi istiqamətində çərçivə sazişinin imzalanması daxildir" - deyə məlumatda bildirilir.

Eyni zamanda, G20 dövlətlərinin maliyyə nazirlərinin və mərkəzi bankların sədrlərinin görüşündə investisiyaların yatırılması və məhdudlaşdırılması üzrə təkliflərin verilməsi də planlaşdırılır.

Xatırladaq ki, V.Putin 1 dekabr müraciətində Rusiyanın G20-də təmsilçiliyinin prioritetlərini müəyyənləşdirərək bildirib ki, onun ölkəsi "iyirmiliyin" diqqətinin iqtisadiyyatın inkişaf etdirilməsi və iş yerlərinin yaradılmasına yönəldilməsini əsas vəzifə hesab edir.

Xəbər lenti

Xəbər lenti