...

Malidə prezident seçkiləri iyulun 7-də keçiriləcək

Siyasət Materials 15 Fevral 2013 03:03 (UTC +04:00)
Malidə prezident seçkiləri bu ilin iyul ayının 7-də keçiriləcək. RİA Novosti xəbər verir ki, seçkilərin birinci mərhələsi iyul ayının ilk bazar günündə baş tutacaq.
Malidə prezident seçkiləri iyulun 7-də keçiriləcək

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Malidə prezident seçkiləri bu ilin iyul ayının 7-də keçiriləcək. RİA Novosti xəbər verir ki, seçkilərin birinci mərhələsi iyul ayının ilk bazar günündə baş tutacaq.

Mali hakimiyyətinin nümayəndəsi Mussa Sinko Kulibali deyib ki, əgər namizədlərdən biri səslərin 50 faizdən çoxunu qazana bilməsə, seçkilərin ikinci mərhələsi iyulun 21-də keçiriləcək.

Xatırladaq ki, hazırda prezidentlik səlahiyyətlərini Dionkunde Traore icra edir. O, bu postu 2012-ci ilin aprel ayında tuareqlərin üsyanı nəticəsində ölkənin böyük hissəsini təşkil edən şimal bölgələrin Malidən ayrılması fonunda baş vermiş dövlət çevrilişi vaxtı tutub.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin təzyiqləri nəticəsində xunta hakimiyyəti həmin vaxt parlamentin sədri olan Traoreyə vermişdi. O, yeni dövlət başçısının seçilməsinə qədər müvəqqəti olaraq, ölkəyə rəhbərlik etməlidir.

Xəbər lenti

Xəbər lenti