...

Respublikaçılar Heygelin ABŞ müdafiə naziri postuna təsdiqlənməsinə mane olublar

Siyasət Materials 15 Fevral 2013 03:45 (UTC +04:00)
Çak Heygelin ABŞ müdafiə naziri postuna təsdiqlənməsi respublikaçıların etirazına görə təxirə salınıb. İTAR-TASS xəbər verir ki, konqresdəki demokratlar lazım olan 100 səsdən 60-nı yığa bilməyiblər.
Respublikaçılar Heygelin ABŞ müdafiə naziri postuna təsdiqlənməsinə mane olublar

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Çak Heygelin ABŞ müdafiə naziri postuna təsdiqlənməsi respublikaçıların etirazına görə təxirə salınıb. İTAR-TASS xəbər verir ki, konqresdəki demokratlar lazım olan 100 səsdən 60-nı yığa bilməyiblər.

Məlumatda bildirilir ki, bir neçə gün öncə Konqresin silahlı qüvvələr üzrə senat komitəsi Çak Heygelin ölkənin yeni müdafiə naziri təyin edilməsi üçün onun namizədliyinin senatda bütün heyətlə təsdiq edilməsini tövsiyə etmişdi. Amma respublikaçılar müxtəlif bəhanələrlə məsələni uzadırlar. Namizədin təsdiqlənməsi üçün isə senatda səs çoxluğu tələb olunur.

Senatdakı demokratların lideri Heri Rid bildirib ki, ölkənin müdafiə naziri postuna irəli sürülmüş namizədin təsdiqlənməsi üçün səsvermənin qarşısının alınması görünməmiş haldır. Yerli müşahidəçilərin fikrincə isə Heygel böyük ehtimalla Pentaqonun rəhbəri təyin ediləcək, lakin bu, ayın sonuna qədər baş verəcək.

Heygelin namizədliyinin təsdiqlənməsi nəticəsində ABŞ tarixində ilk dəfə olaraq, müdafiə naziri keçmiş siravi və zabit hərbi qulluqçular heyətindən olacaq. Heygel ABŞ quru qoşunlarında xidmət edən hərbçi kimi Vyetnamda iki dəfə yaralanıb, 1968-si ildə isə ordudan tərxis edilib.

Xəbər lenti

Xəbər lenti