...

Ağ Evdə Rusiyadan zəng gözləyirlər

Siyasət Materials 15 Fevral 2013 04:28 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri hələ də Rusiyanın XİN rəhbəri Sergey Lavrovla KXDR və Suriya məsələlərini telefonla müzakirə edə bilməyib.
Ağ Evdə Rusiyadan zəng gözləyirlər

Azərbaycan, Bakı, 15 fevral /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri hələ də Rusiyanın XİN rəhbəri Sergey Lavrovla KXDR və Suriya məsələlərini telefonla müzakirə edə bilməyib. Associated Press xəbər verir ki, ABŞ dövlət katibi Rusiyanın xarici siyasət idarəsinin rəhbərilə heç olmasa bir telefon danışı keçirmək istəyir və onlar Moskvadan zəng gözləyirlər.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland söyləyib ki, dövlət katibi artıq Lavrovla telefon daşığı keçirməyə cəhd göstərib, lakin XİN rəhbərinin hazırda Afrikada səfərdə olması buna imkan verməyib.

"Biz S.Lavrova bir sıra mühüm məsələləri müzakirə etmək üçün imkan veririk" - deyə Nuland əlavə edib.

Xəbər lenti

Xəbər lenti