...

Bəhreyndə hakimiyyətə qarşı keçirilmiş aksiyada bir yeniyetmə ölüb, 20-yə yaxın insan yaralanıb

Siyasət Materials 15 Fevral 2013 04:47 (UTC +04:00)
Bəhreyndə hakimiyyətə qarşı keçirilmiş aksiyada bir yeniyetmə ölüb, 20-yə yaxın insan yaralanıb.
Bəhreyndə hakimiyyətə qarşı keçirilmiş aksiyada bir yeniyetmə ölüb, 20-yə yaxın insan yaralanıb

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Bəhreyndə hakimiyyətə qarşı keçirilmiş aksiyada bir yeniyetmə ölüb, 20-yə yaxın insan yaralanıb. RBC xəbər verir ki, yeniyetmə 2011-ci ildə hakimiyyətə qarşı keçirilmiş aksiyaların növbəti ildönümü ilə bağlı təşkil olunmuş çıxışlar zamanı ölüb.

Məlumatda bildirilir ki, bir neçə yüz nəfər ölkənin paytaxtı Manama şəhərinə gedən yolu bağlayıb və yaxınlıqdakı hüquq-mühafizə işçilərinə daş və şüşə atıblar. Nəticədə bir yeniyetmə ölüb və 20-yə yaxın insan yaralanıb.

Ölkənin hüquq-mühafizə orqanları ölüm faktını təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti