...

Deputat İsmayıllıda seçiciləri qəbul edib (FOTO)

Siyasət Materials 15 Fevral 2013 12:31 (UTC +04:00)
Fevralın 14-də Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda sakinləri növbəti dəfə qəbul edib və onların problemləri ilə maraqlanıb. Qəbul İsmayıllı şəhərində deputatın qərargahında baş tutub.
Deputat İsmayıllıda seçiciləri qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Fevralın 14-də Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda sakinləri növbəti dəfə qəbul edib və onların problemləri ilə maraqlanıb. Qəbul İsmayıllı şəhərində deputatın qərargahında baş tutub.

Sakinlərin qaldırdığı əsas məsələlər məişət və sosial yönümlü olub. Bir neçə sakin müayinə və müalicə ilə, bir neçəsi işlə təmin olunmaları ilə bağlı deputata müraciət ediblər. Novruz Aslanov da öz növbəsində, qaldırılan məsələlərlə bağlı əlaqədar təşkilatlara müraciət edəcəyini sakinlərə bildirib. Məişət problemləri ilə bağlı müraciət edən sakinlərin məsələsi yerindəcə həll olunub.

Məlumat üçün bildirək ki, millət vəkili Novruz Aslanovun hər həftə rayonda seçicilərlə görüşü olur. Qrafik üzrə təşkil olunan görüşlər hər həftənin 4-cü günü baş tutur. Səyyar görüşlər vasitəsilə kəndlərdə olur, problemlərlə yerində tanış olur. Belə görüşlərdə yerli strukturların rəhbərləri də iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti