...

Azərbaycanda Serbiyanın milli bayramı – Dövlətçilik günü qeyd olunmuşdur

Siyasət Materials 16 Fevral 2013 02:57 (UTC +04:00)
Serbiyanın Azərbaycandakı səfirliyində ölkənin milli bayramı, Dövlətçilik günü münasibəti ilə rəsmi qəbul təşkil edilib.
Azərbaycanda Serbiyanın milli bayramı – Dövlətçilik günü qeyd olunmuşdur

Azərbaycan, Bakı, 16 fevral /Trend, E. Mehdiyev/

Serbiyanın Azərbaycandakı səfirliyində ölkənin milli bayramı, Dövlətçilik günü münasibəti ilə rəsmi qəbul təşkil edilib.

Tədbirin əvvəlində Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç ölkəsinin müxtəlif sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulamışdır. Səfir Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnun olduğunu bildirib.

Vayoviç bildirib ki, Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələrin tarixi 1997-ci ildən başlayır. İki ölkə arasında münasibətlərinin yüksək səviyyədə olduğunu deyən səfir Prezident İlham Əliyevin və Serbiyanın dövlət başçısı Tomislav Nikoliçin qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafına şərait yaratdığını diqqətə çatdırmışdır.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin ən xoş arzularını və təbriklərini çatdırmışdır.

Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini deyən nazir vurğulayıb ki, bu əməkdaşlıq strateji tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslanır. Onun sözlərinə görə, siyasi və iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etməsi hər iki ölkənin dövlət başçılarının bu tərəfdaşlığa verdiyi önəmdən irəli gəlir. Ölkə rəsmilərinin qarşılıqlı səfərləri çərçivəsində keçirilən görüşlər, səmərəli müzakirələr, eləcə də əldə edilən razılaşmalar iki dövlət arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə töhfə verir.

Nazir bildirib ki, iki ölkə arasında münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcək.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti