...

XVI Benedikt Vatikanda çıxış edib

Siyasət Materials 17 Fevral 2013 18:30 (UTC +04:00)
On minlərlə italyan paytaxt Romada “Anqelus” bazar günü duasında papa XVI Benedikti salamlayıb.
XVI Benedikt Vatikanda çıxış edib

Azərbaycan, Bakı, 17 fevral /Trend/

On minlərlə italyan paytaxt Romada "Anqelus" bazar günü duasında papa XVI Benedikti salamlayıb. Trend-in RİA Novostiyə istinadən yaydığı məlumata görə, inanclılar "Bəli, salam papa" deyərək, pontifiki uzun müddət alqışlayıblar.

Papa paytaxt sakinlərinə Müqəddəs Pyotr meydanına açılan iş otağının pəncərəsindən müraciət edib.

Məlumatda bildirilir ki, bu, papanın Roma ictimaiyyətinə sonuncu müraciəti ola bilər.

Xəbər verildiyi kimi, hələ ötən həftə pontifik fevralın 28-də prestoldan ayrılacağı haqqında qərar verib.

Xəbər lenti

Xəbər lenti