...

Rusiya istiqamətində dəmir yolunu dağıdan ermənilər Türkiyəyə gedən dəmir yolunu göz bəbəyi kimi qoruyurlar

Siyasət Materials 18 Fevral 2013 13:09 (UTC +04:00)
Rusiyanın daxilindəki ermənipərəst strukturlar və ekspertlər son vaxtlar xeyli aktivləşiblər. "Regnum" İA, "Rex" İA kimi təşkilatlar ermənilərin Qərb istiqamətində apardıqları siyasəti nəinki görmürlər, əksinə, dəstək verirlər.
Rusiya istiqamətində dəmir yolunu dağıdan ermənilər Türkiyəyə gedən dəmir yolunu göz bəbəyi kimi qoruyurlar

Mübariz Əhmədoğlu - Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

Rusiyanın daxilindəki ermənipərəst strukturlar və ekspertlər son vaxtlar xeyli aktivləşiblər. "Regnum" İA, "Rex" İA kimi təşkilatlar ermənilərin Qərb istiqamətində apardıqları siyasəti nəinki görmürlər, əksinə, dəstək verirlər. S.Sarkisyanın Rusiyadan uzaqlaşıb, Qərbə tərəf keçməsinə şərait yaradırlar. S.Sarkisyanın Rusiyadakı siyasi muzdurları parlament və prezident seçkiləri dövründə "Çiçəklənən Ermənistan" partiyasının lideri Q.Çarukyanı kəskin tənqid edirdilər. Ermənistanın Gömrük İttifaqına daxil olmasının tam tərəfdarı olan Q.Çarukyan S.Sarkisyanın qərbpərəst siyasətinə müxalif idi.

Sovet dövründə Ermənistana daşınan yüklərin 85%-i Yerevan-Bakı-Moskva dəmir yolu vasitəsilə daşınırdı. Ermənilər bu cür əsas nəqliyyat arteriyasını dağıdıblar. Yuxarıda adlarını sadaladığımız Moskvadakı erməni strukturları, eləcə də bu strukturlarla əməkdaşlıq edən Kolerov, Tarasov, Areşev, Zaxarov, Aleksandrov, Zatulin, Markedonovlar bir dəfə də olsun, Ermənistan və Rusiyanı birləşdirən əsas nəqliyyat arteriyasının sökülməsinə münasibət bildirməyiblər. Bu strukturlar və şəxslərin ermənipərəstlikləri o həddədir ki, onlar Ermənistan və Türkiyəni birləşdirən Gümrü-Qars dəmir yolunun bu vaxta kimi ciddi qorunmasına da münasibət bildirməyiblər.

RF prezidenti V.Putin MDB məkanındakı inteqrasiya layihələrini qorumağı FTX-yə (ФСБ) tapşırdı. Bu qurumun Moskvadan kənara çıxmadan görməli işləri hədsiz çoxdur, çünki Qərbin əlində alət olan, antirus, ermənipərəst strukturlar burada yerləşiblər. Ermənilərin Moskvada ələ aldıqları adamların hesabına vaxtilə SSRİ dağıldı, Sovet DTK-sı Qərb xüsusi xidmət orqanlarına uduzdu. Ermənilər yenə də əvvəlki ambisiyadadırlar: Rusiya Qafqazdan qovulmalıdır.

Yuxarıda adları çəkilən strukturlar və ekspertlər neytrallaşmayanadək Ermənistan Gömrük İttifaqına daxil olmayacaq. Bu dairələr neytrallaşdıqdan sonra Ermənistan hətta Rusiyanın tərkibinə girmək məsələsini qaldıracaq. Ən əsası odur ki, bu strukturlar neytrallaşdıqdan və ekspertlər fəaliyyətini dayandırdıqdan sonra Rusiyanın Qafqaz siyasəti şəffaflaşacaq - Ermənistandakı 102-ci hərbi bazanın rolu aydın görünəcək. İndiki Ermənistan İrana qarşı hərbi əməliyyatlara icazə verməyəcək, Rusiya isə indiki reallıqda Türkiyəyə qarşı müharibədə maraqlı deyil. Bu baxımdan ermənilər Rusiyanın Qafqaz siyasətində qeyri-müəyyənlik yaratmaqla, RF-nin Ermənistandakı hərbi bazasının zəruriliyini əsaslandırırlar. Özlərinə lazım olanda isə 1991-ci ildə Sovet qoşunlarını Ermənistan ərazisindən qovduqları kimi 102-ci hərbi bazanı da qovacaqlar. Təbii ki, Moskvadakı özlərinə məxsus struktur və ekspertlər bu işdə yaxından iştirak edəcəklər. Onların bu fəaliyyəti Qərb xüsusi xidmət orqanları tərəfindən lazımınca qiymətləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti