...

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığa dair niyyət bəyannaməsi imzalanıb

Siyasət Materials 18 Fevral 2013 15:51 (UTC +04:00)
Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığa dair niyyət bəyannaməsi imzalanıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İzzət/

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüş zamanı hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr aparılıb. Görüşün sonunda nazirlər niyyət bəyannaməsini imzalayıblar.

Görüşdən öncə Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt qəbrini ziyarət ediblər, sonra Türkiyə Milli Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

Sonra Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəl və Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlu ilə təkbətək görüşləri olub.

Müdafiə naziri Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyədəki müdafiə sənayesi təmayüllü bir neçə şirkətdə də görüşləri olacaq.

Sonda nazir Səfər Əbiyev Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gedəcək və ulu öndərin abidəsi önünə əklil qoyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti