...

MSK sədri Məzahir Pənahov prezident seçkilərindən danışdı

Siyasət Materials 18 Fevral 2013 17:03 (UTC +04:00)
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasda MSK-nın 2012-ci il 27 dekabr tarixli protokolu təsdiq edilib, bəzi seçki komissiyalarının tərkibinə dəyişiklik edilib və cari məsələlər müzakirə olunub.
MSK sədri Məzahir Pənahov prezident seçkilərindən danışdı

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasda MSK-nın 2012-ci il 27 dekabr tarixli protokolu təsdiq edilib, bəzi seçki komissiyalarının tərkibinə dəyişiklik edilib və cari məsələlər müzakirə olunub.

53 saylı Quba-Qusar seçki dairəsinin üzvü vəfat etdiyi üçün yeni üzv seçilib. Bundan əlavə, 30 saylı Suraxanı, 41 saylı Sumqayıt-Abşeron, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 121 saylı Laçın seşki dairəsi üzrə, 76 saylı Lənkəran, 71 saylı Masallı və s. dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

"MSK ölkədə dairə seçki komissiyaları üzrə maarifləndirmə-monitorinq tədbirləri keçirib. Hazırda monitorinqin nəticələri araşdırılır və yaxınlarda nəticələr məlum olacaq, - MSK sədri Məzahir Pənahov iclasda çıxışı zamanı deyib. - Ümumiyyətlə deyə bilərəm ki, nəticələr yüksək qiymətləndirilə bilər, çünki format yaxşı işlədi. Eyni zamanda, Seçki Məcəlləsinə uyğun olaraq proseslərin idarə olunması yerlərdə komissiya üzvlərinə çatdırılıb. Monitorinqin nəticələrinə əsasən demək olar ki, artıq dairələrin fəaliyyətində ciddi dəyişiklik və irəliləyiş var".

O bildirib ki, 2007-ci ildən bəri dairə seçki komissiyalarının texniki bazası gücləndirilib, xüsusilə, bu il ölkədə prezident seçkilərinin keçiriləcəyi ilə əlaqədar müxtəlif istiqamətlərdə maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Pənahovun sözlərinə görə, məntəqə seçki komissiyalarında seçicilərin siyahıya alınması başa çatıb və yaxın zamanlarda dairə seçki komissiyaları üzrə də bu prosesə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti