...

Ermənistanda bütün seçki məntəqələri bağlandı

Siyasət Materials 18 Fevral 2013 20:31 (UTC +04:00)
Ermənistanda yerli vaxtla saat 20:00-da prezident seçkilərində səs vermək üçün bütün 1988 seçki məntəqəsi bağlanıb.
Ermənistanda bütün seçki məntəqələri bağlandı

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Ermənistanda yerli vaxtla saat 20:00-da prezident seçkilərində səs vermək üçün bütün 1988 seçki məntəqəsi bağlanıb. Bu barədə Trend bazar ertəsi Ermənistan KİV-ə istinadən məlumat verir.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan vəziyyətə görə, Ermənistanda prezident seçkilərində seçicilərin ümumi sayından 1 259 374 nəfər və ya 49,71 faizi səs verib.

Son məlumata görə, Ermənistan Prokurorluğuna seçkilər zamanı qanun pozuntuları ilə bağlı 15, birinci instansiya məhkəmələrinə isə 14 ərizə daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti