...

Rusiya NATO ilə qarşılıqlı əməkdaşlığa açıqdır

Siyasət Materials 18 Fevral 2013 23:16 (UTC +04:00)
Rusiya NATO ilə qarşılıqlı əməkdaşlığa açıqdır. Trend Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici siyasət konsepsiyasında qeyd olunub.
Rusiya NATO ilə qarşılıqlı əməkdaşlığa açıqdır

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Rusiya NATO ilə qarşılıqlı əməkdaşlığa açıqdır. Trend Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici siyasət konsepsiyasında qeyd olunub.

"Rusiya NATO ilə əməkdaşlığını beynəlxalq hüquq və normalar çərçivəsində, bərabərhüquqlu tərəfdaş qismində quracaq, Avro-Atlantik məkanda təhlükəsizliyin və sabitliyin qarşılıqlı etimad prinsipləri əsasında təmin edilməsi istiqamətində fəaliyyət göstərəcək, həmçinin, alyansla Rusiya Şurası-NATO çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin şəffaf şəkildə həyata keçiriləcəyi, həmçinin, hərbi dözümlülüyə riayət olunacağı şəraitdə əməkdaşlıq ediləcək" - deyə məlumatda bildirilir.

Bunula yanaşı, Rusiya NATO-nun hərbi infrastrukturlarının bu ölkənin sərhədlərinə yaxınlaşmasına qarşı qəti mövqeyini saxlayır və bunu təhlükəsizlik prinsiplərinin pozulması kimi qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti