...

İsveçrədə Azərbaycan mədəniyyətinin təbliği imkanları araşdırılıb (FOTO)

Siyasət Materials 19 Fevral 2013 00:28 (UTC +04:00)
Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı bu ölkənin Şvitç Kantonuna işgüzar səfəri çərçivəsində sözügedən Kantonun baş naziri Valter Ştehlin ilə görüş keçirib.
İsveçrədə Azərbaycan mədəniyyətinin təbliği imkanları araşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı bu ölkənin Şvitç Kantonuna işgüzar səfəri çərçivəsində sözügedən Kantonun baş naziri Valter Ştehlin ilə görüş keçirib.

Trend xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib, federal səviyyədə əlaqələrin genişləndirilməsilə yanaşı, İsveçrənin kantonları ilə də təmasların qurulması zəruriliyinə diqqət yönəldilib.

Səfir Ə.Zeynallı Şvitç Kantonunda Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif səpkili tədbirlərin keçirilməsi imkanlarını araşdırıb və Kantonun Azərbaycanla birbaşa əlaqələr qurması perspektivi ətrafında fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Ə.Zeynallı Şvitç Kantonunda yerləşən Federal Məktub Arxivində də olub. Səfir sözügedən Federal Arxivdə İsveçrə Konfederasiyasının yaranmasını təsdiq edən 1291-ci ilə aid sazişlə tanış olub.

Qeyd edək ki, Şvitç Kantonu İsveçrə Konfederasiyasının yaranmasının əsası hesab edilən "Əbədi ittifaqa" dair sazişi imzalayan üç kantondan biridir.

Xəbər lenti

Xəbər lenti