...

İspaniya kralı korrupsiya işinə cəlb edilə bilər

Siyasət Materials 19 Fevral 2013 01:54 (UTC +04:00)
İspaniya kralı I Xuan Karlosun yaxınlarından biri Dieqo Torres kralın da iştirak etdiyi korrupsiya işi ilə bağlı məhkəməyə məktub göndərib.
İspaniya kralı korrupsiya işinə cəlb edilə bilər

Azərbaycan, Bakı, 19 fevral /Trend/

İspaniya kralı I Xuan Karlosun yaxınlarından biri Dieqo Torres kralın da iştirak etdiyi korrupsiya işi ilə bağlı məhkəməyə məktub göndərib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, təqdim olunmuş materiallar arasında kralın Valensiyadakı yelkənli qayıqları, həmçinin, alman şahzadə Korin Sayn Vitqenşteynin kral İnyaki Urdanqarinə rüşvət təklifləri etməsilə bağlı elektron məktublar da yer alıb.

Urdanqarin və onun əvvəlki tərəfdaşı Torres 5.8 milyon avro dövlət vəsaitinin Noos institutu vasitəsilə mənimsənilməsində ittiham olunurlar. Araşdırmaların nəticələrinə görə, Urdanqarin və Torres administrasiyaya göstərilən xidmətlərin qiymətlərini artırıb və ayrılan vəsaitlər isə onların nəzarət etdikləri firmaların hesabına köçürülüb.

Urdanqarin və Torres, həmçinin, etibardan və xidməti vəzifədən sui-istifadədə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti