...

Sankt-Peterburqdakı Baş Konsulluq azərbaycanlıların iştirakı ilə baş verən insident barədə məlumat yayıb

Siyasət Materials 20 Fevral 2013 15:50 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu şəhərdə azərbaycanlıların iştirakı ilə baş vermiş insident barədə məlumat yayıb.
Sankt-Peterburqdakı Baş Konsulluq azərbaycanlıların iştirakı ilə baş verən insident barədə məlumat yayıb

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu şəhərdə azərbaycanlıların iştirakı ilə baş vermiş insident barədə məlumat yayıb.

"Fevralın 19-da Sankt-Peterburqun Frunze rayonunda Şəmkir rayonunun İrmaşdı kəndindən gələnlər arasında məişət zəminində dava baş verib. Davaya səbəb toydan qabaq gəlinin ənənəvi qaçırılması olub. Dava nəticəsində beş nəfər yaralanıb. Onlar kəsilmiş-deşilmiş və travmatik odlu silah xəsarətləri ilə Canalidze adına Təcili Yardım ETİ-yə yerləşdiriliblər", - Baş Konsulluğun mətbuat xidmətinin məlumatında deyilir.

Sankt-Peterburqun hüquq-mühafizə orqanları baş verən hadisəyə operativ reaksiya veriblər. Nəticədə hadisənin bütün iştirakçıları saxlanılıb.

Öz növbəsində, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, eləcə də Sankt-Peterburqda yaşayan Şəmkir rayonundan olan hörmətli şəxslər Seyfəddin Məmmədov, Novruz Məmmədov və Elçin Əhmədov münaqişənin böyüməsinə yol verməmək üçün müvafiq işlər görüblər.

Xəsarət alanlardan artıq iki nəfər evə buraxılıb, iki nəfərin vəziyyəti sabit, bir nəfərin vəziyyəti isə ağır olaraq qalır. Yaralananlardan üçü Azərbaycan, biri Ukrayna, biri isə Rusiya vətəndaşıdır.

Baş Konsulluq tərəflərlə daimi əlaqə saxlayır və vəziyyəti nəzarət altında saxlayır. Hazırda tərəflərin barışması üçün iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti