...

Azərbaycan Parlamentinin nümayəndə heyəti Çində rəsmi səfərdə olacaq

Siyasət Materials 20 Fevral 2013 15:28 (UTC +04:00)
Bu il aprelin sonunda Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə Azərbaycan Parlamentinin nümayəndə heyəti Çində rəsmi səfərdə olacaq.
Azərbaycan Parlamentinin nümayəndə heyəti Çində rəsmi səfərdə olacaq

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Bu il aprelin sonunda Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə Azərbaycan Parlamentinin nümayəndə heyəti Çində rəsmi səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Çu İn bildirib.

Səfirin sözlərinə görə, Azərbaycanla Çin arasında münasibətlər sürətlə inkişaf edir.

Qeyd edək ki, ötən il Çindən Azərbaycana 6 nümayəndə heyəti səfər edib.

Azərbaycan və Çin arasında təhsil sahəsində də əlaqələrin inkişaf etdiyini deyən səfir bildirib ki, ötən il Çin və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb: "Bu sazişə əsasən, bu ildən etibarən tələbələrin mübadilə kvotası 15-dən 40-a çatdırılacaq. Bu, böyük inkişafdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti