...

Finlandiyanın Laplandiya vilayəti Azərbaycan tərəfi ilə əməkdaşlığa hazırdır (FOTO)

Siyasət Materials 20 Fevral 2013 16:35 (UTC +04:00)
Finlandiyanın şimal bölgəsinə səfər çərçivəsində 20 fevral 2013-cü il tarixində Azərbaycanın İsveç Krallığı, Norveç Krallığı və Finlandiyadakı səfiri Rafael İbrahimovun tərəfindən Finlandiyanın şimal bölgəsinin Laplandiya vilayətinin paytaxtı olan Rovaniemi şəhərinin meri Esko Litvonen ilə görüş keçirilib.
Finlandiyanın Laplandiya vilayəti Azərbaycan tərəfi ilə əməkdaşlığa hazırdır (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Finlandiyanın şimal bölgəsinə səfər çərçivəsində 20 fevral 2013-cü il tarixində Azərbaycanın İsveç Krallığı, Norveç Krallığı və Finlandiyadakı səfiri Rafael İbrahimovun tərəfindən Finlandiyanın şimal bölgəsinin Laplandiya vilayətinin paytaxtı olan Rovaniemi şəhərinin meri Esko Litvonen ilə görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, İbrahimov Azərbaycan tarixindən, zəngin mədəni irsindən, hazırkı dövrdə iqtisadi inkişafından söz açıb və "Qərb və Şərqi birləşdirən Bakı" və "Avropanın şimal paytaxtı" sayılan Rovaniemi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin, səfir ikitərəfli əlaqələrin möhkəmlənməsində Finlandiyada fəaliyyət göstərən Azərbaycan diasporunun rolunu xüsusi qeyd edib.

Livonen bildirib ki, il ərzində Laplandiyaya yarım milyondan çox turistin gəlməsi, qızıl və nikel yataqları ilə məşhur olan, Böyük Britaniya həcmində olan Laplandiya ərazisində gələcəkdə Avropanın irimiqyaslı elmi və iqtisadi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Mer öz tərəfindən həm Bakı Dövlət və Laplandiya universitetləri çərçivəsində, həm turizm istiqamətində, həm də mədəni irsin təbliğatı çərçivəsində Azərbaycan tərəfi ilə əməkdaşlıq edilməsinə hazır olduğunu xüsusi vurğulayıb.

Həmçinin, səfər çərçivəsində Helsinki şəhərində Finlandiyanın tanınmış ictimai xadimləri ilə, Finlandiya XİN-də və parlamentdə görüşlər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti