...

Türkiyədə suriyalı qaçqınların sayı 300 minə yaxınlaşıb

Siyasət Materials 21 Fevral 2013 10:48 (UTC +04:00)
Türkiyə ərazisində yaşayan suriyalı qaçqınların sayı 300 minə yaxınlaşıb.
Türkiyədə suriyalı qaçqınların sayı 300 minə yaxınlaşıb

Azərbaycan, Bakı, 21 fevral / Trend, müxbir A.Tağıyeva /

Türkiyə ərazisində yaşayan suriyalı qaçqınların sayı 300 minə yaxınlaşıb. Türkiyənin Fövqəladə Vəziyyətlərin Qarşısının Alınması və Ləğvi İdarəsinin rəhbəri Fuat Oqtay bildirb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Akşam" qəzeti xəbər yayıb.

Oqtayın sözlərinə görə, 181 mindən çox qaçqın Türkiyə hökumətinin onlar üçün hazırladığı düşərgələrdə yaşayır. Bundan əlavə, yüz mindən çox qaçqın Türkiyənin sərhədyanı vilayətlərində, düşərgələrdən kənarda yaşayır.

Düşərgələrdə, eləcə də onlardan kənarda yaşayan suriyalı qaçaınların yaşaması üçün Türkiyə dövləti tərəfindən 687,4 milyon lirə xərclənilib.

Daha çox sayda, 83 min suriyalı qaçqın Şanlıurfada yaşayır. Bundan əlavə qaçqınlar Hatay, Kilis, Kahramanmaraş, Qaziantep, Adıyaman və Osmaniyyə vilayətlərində yaşayır.

BMT-nin hesabatına görə, iki il öldə hökumət qoşunları ilə silahlı müxalifət arasında gedən aramsız qarşıdirmalar nəticəsində Suriyada həlak olanların sayı 700 min nəfəri ötüb.

Hesabatda 219 min suriyalı qaçqının İordaniyada, 226 mindən çoxu Livanda, 77,5 min nəfəri İraqda, 14 minə yaxını Misirdə yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti