...

Ermənistanda prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq aksiya keçirilib

Siyasət Materials 21 Fevral 2013 12:38 (UTC +04:00)
Ermənistanın Gümrü şəhərində prezident seçkilərdə məğlub olmuş namizəd Raffi Ovannisyanın tərəfdarlarının çərşənbə günü keçirilən etiraz aksiyası bu gün də davam edib.
Ermənistanda prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq aksiya keçirilib

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ermənistanın Gümrü şəhərində prezident seçkilərdə məğlub olmuş namizəd Raffi Ovannisyanın tərəfdarlarının çərşənbə günü keçirilən etiraz aksiyası bu gün də davam edib. Trend-in məlumatına görə, bu barədə "Armenian Report" yazır.

Çərşənbə günü onlar Gümrünün Teatr meydanında toplaşıb, daha sonra şəhərdə yürüş keçiriblər.

Qeyd edək ki, Gümrüdə Raffi Ovannisyan 70 faizdən artıq səs toplayıb.

"Biz hamını bizim aksiyaya qoşulmağa çağırırıq. Bizim prezidentimiz Raffi Ovannisyandır", - "İrs" partiyasının gənclər qanadının üzvü Yeqişe Şaryan bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti