...

Abdullah Gülün təbriki Türkiyə üçün təhqirdir - politoloq

Siyasət Materials 21 Fevral 2013 20:50 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gülün Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsi Türkiyə üçün təhqirdir. Bu barədə cümə axşamı Trend-ə politoloq Vəfa Quluzadə deyib.
Abdullah Gülün təbriki Türkiyə üçün təhqirdir - politoloq

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir S.Ağayeva/

Türkiyə Prezidenti Abdullah Gülün Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsi Türkiyə üçün təhqirdir. Bu barədə cümə axşamı Trend-ə politoloq Vəfa Quluzadə deyib.

"Serj Sarkisyan Türkiyənin düşmənidir, Türkiyəni qondarma "erməni soyqırımı"nda ittiham edir və ölkəyə qarşı ərazi iddiaları ilə çıxış edir. Abdullah Gülün Serj Sarkisyanı ilk təbrik edənlərdən biri olmağa qərar verməsi anlaşılan deyil", - o qeyd edib.

Quluzadə deyib ki, Sarkisyanı Rusiya Prezidenti Vladimir Putinin təbrik etməsi başa düşüləndir, Ermənistan Rusiyanın quberniyasıdır. Lakin Gülün işğalçı ölkənin prezidentini təbrik etməsini anlamaq mümkün deyil.

"Məlumdur ki, Sarkisyan ölkədə seçkiləri saxtalaşdırıb və Ermənistanın demokratikyönlü əhalisinin düşmənidir. Gül təbriki ilə Ermənistanda mövcud olan diktaturanı dəstəkləyir?" - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti