...

İran Natanzdakı nüvə obyektində yeni sentrifuqlar quraşdırıb

Siyasət Materials 21 Fevral 2013 22:21 (UTC +04:00)
Nüvə Enerjisi üzrə Beynəlxaq Agentlik (MAQATE) bildirib ki, İran Natanzdakı nüvə obyektində yeni nəsil sentrifuqlar quraşdırıb.
İran Natanzdakı nüvə obyektində yeni sentrifuqlar quraşdırıb

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Nüvə Enerjisi üzrə Beynəlxaq Agentlik (MAQATE) bildirib ki, İran Natanzdakı nüvə obyektində yeni nəsil sentrifuqlar quraşdırıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, MAQATE-nin hesabatında vurğulanır ki, iranlı mütəxəssislər nüvə obyektində 180 İR-2 sentrifuqları quraşdırıblar.

"İlk növbədə İran İR-1-dən fərqli olaraq, daha mükəmməl sentrifuqlar quraşdırıb" - deyə hesabatda bildirilir.

Bununla yanaşı qeyd olunur ki, Natanzda yeni sentrifuqların quraşdırılması fevral ayının 6-dan başlayıb.

Xəbər lenti

Xəbər lenti