...

Hüqo Çaves səlahiyyətlərini yerinə yetirməkdə davam edir

Siyasət Materials 22 Fevral 2013 04:13 (UTC +04:00)
Venesuelanın xarici işlər naziri Elias Xaua bildirib ki, ölkə prezidenti Hüqo Çaves müalicəsini davam etdirir, eyni zamanda, dövlət başçısı funksiyasını yerinə yetirir.
Hüqo Çaves səlahiyyətlərini yerinə yetirməkdə davam edir

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Venesuelanın xarici işlər naziri Elias Xaua bildirib ki, ölkə prezidenti Hüqo Çaves müalicəsini davam etdirir, eyni zamanda, dövlət başçısı funksiyasını yerinə yetirir. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərdə deyilir ki, Çaves həftənin əvvəlində ölkəsinə gəlib və Karakasdakı hərbi hospitalda müalicə olunur.

"Komandante Çaves xəstəliyin ağırlığından əziyyət çəkir, lakin o, səlahiyyətlərini yerinə yetirməkdə davam edir" - deyə Elias Xaua söyləyib.

Xəbər lenti

Xəbər lenti