...

Çin lideri: Şanxay Əməkdaşlıq Təşkilatı yaxın illərdə uğurla inkişaf edəcək

Siyasət Materials 22 Fevral 2013 08:10 (UTC +04:00)
Çin hesab edir ki, Şanxay Əməkdaşlıq Təşkilatı yaxın illərdə uğurla inkişaf edəcək.
Çin lideri: Şanxay Əməkdaşlıq Təşkilatı yaxın illərdə uğurla inkişaf edəcək

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Çin hesab edir ki, Şanxay Əməkdaşlıq Təşkilatı yaxın illərdə uğurla inkişaf edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Çin KP MK-nin baş katibi Si Szinpin ŞƏT-in yeni baş katibi Dmitri Mezensev ilə görüşündə deyib.

İrkuts vilayətinin qubernatoru olmuş Dmitri Mezensev 2012-ci ilin iyun ayında ŞƏT-in baş katibi təyin edilib və 2013-cü ilin 1 yanvar tarixindən başlayaraq, 3 il ərzində səlahiyyətləri yerinə yetirəcək. Dmitri Mezensev baş katib vəzifəsinə təyin edilməsi mərasimi 2012-ci ilin dekabr ayında Bişkek şəhərində keçirilmiş ŞƏT dövlətlərinin hökumət başçıları şurasının iclasında baş tutub.

"Əminəm ki, ŞƏT-in baş katibi kimi siz təşkilatın inkişafına öz töhfəsinizi verəcəksiniz" - Si Szinpin Dmitri Mezensevi təbrik edərək deyib.

Si Szinpin, həmçinin, Rusiya və Çin münasibətlərinin hazırki vəziyyətini və perspektiv inkişafını yüksək qiymətləndirib.

Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq regional təşkilatdır. 2001-ci ildə yaradılmış təşkilata Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. İran, Hindistan, Pakistan, Monqolustan və Əfqanıstan isə müşahidəçi statusuna malikdir.

Xəbər lenti

Xəbər lenti