...

Yerevanda ATƏT/DTİHB-nin ofisi qarşısında polislə aksiya iştirakçıları arasında toqquşma olub

Siyasət Materials 22 Fevral 2013 14:52 (UTC +04:00)
Yerevanın mərkəzi küçələrindən birində ATƏT/DTİHB-nin (Demoktarik Təsisatlar və İnsan Haqları Bürosu) müşahidə missiyasının ofisi qarşısında bu dəqiqələrdə keçirilən aksiyanın iştirakçıları ilə polis əməkdaşları arasında toqquşma baş verib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" xəbər verir.
Yerevanda ATƏT/DTİHB-nin ofisi qarşısında polislə aksiya iştirakçıları arasında toqquşma olub

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Yerevanın mərkəzi küçələrindən birində ATƏT/DTİHB-nin (Demoktarik Təsisatlar və İnsan Haqları Bürosu) müşahidə missiyasının ofisi qarşısında bu dəqiqələrdə keçirilən aksiyanın iştirakçıları ilə polis əməkdaşları arasında toqquşma baş verib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" xəbər verir.

Aksiya iştirakçıları prezident seçkiləri üzrə ATƏT/DTİHB müşahidə missiyasının Ermənistandakı prezident seçkilərinin beynəlxalq normalara uyğun keçirilməsi və qeydə alınan pozuntuların seçkinin nəticələrinə təsir etməməsi ilə bağlı qiymətləndirmələrinə etiraz edirlər.

Məlumata görə, asayiş qüvvələri ilə toqquşma polisin ATƏT/DTİHB-nin müşahidə missiyasının ofisi qarşısındakı ərazinin boşaldılmasını tələb etməsindən, onların isə polisin tələblərinə məhəl qoymamasından sonra baş verib.

Hazırda polis əməkdaşları fəalları binadan 100-200 metr uzaqlaşdıra biliblər.

Fəalların sözlərinə görə, onlar müşahidəçilərdən Ermənistanın ərazisini dərhal tərk etməyi və bir daha bura qayıtmamağı tələb edirlər. "Çünki onların ölkədə olmaları seçkilərin saxtalaşdırılmasına yardım edir". Aksiya iştirakçıları öz tələblərinin qeyd olunduğu məktubu təqdim etmək, eləcə də seçkilərlə bağlı müşahidəçilərin qiymətləndirmələri ilə razılaşmadıqlarını ifadə etmək niyyətində olduqlarını bildiriblər.

Özlərini ictimai fəal kimi təqdim edən bir qrup gənc polisin onlara mane olduğunu gördükdə avropalı müşahidəçilərin mətbuat konfransı keçirdikləri "Armeniya-Mariott" hotelinin zalına soxulub. Onlar müşahidəçilərdən nəticələrini saxta hesab etdikləri seçkiləri tanımamağı tələb ediblər. Hadisələrin gözlənilməz dönüşündən karıxmış müşahidəçilər mətbuat konfransını yarımçıq saxlayaraq yarım saatdan sonra onu yenidən bərpa ediblər. Söz azadlığına hörmət etdiklərini qeyd edən avropalı müşahidəçilər aksiya təşkilatçılarından öz tələblərini ingilis dilində ifadə etməyi xahiş ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti