...

Əli Həsənov: ATƏT də daxil olmaqla, Ermənistanda prezident seçkiləri ilə bağlı bəyanat verən beynəlxalq təşkilatlara ayıb olsun

Siyasət Materials 22 Fevral 2013 18:14 (UTC +04:00)
ATƏT də daxil olmaqla, Ermənistanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edən beynəlxalq təşkilatlara ayıb olsun.
Əli Həsənov: ATƏT də daxil olmaqla, Ermənistanda prezident seçkiləri ilə bağlı bəyanat verən beynəlxalq təşkilatlara ayıb olsun

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

ATƏT də daxil olmaqla, Ermənistanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edən beynəlxalq təşkilatlara ayıb olsun. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

"İyirmi ildir bizi aldadırlar. Bu nə bəyanatdır veriblər? "Heç nə olmayıb, seçki gözəl keçib". Məgər bu doğrudan da belədir?" - deyə Baş nazirin müavini qeyd edib.

Həsənov Ermənistan Mərkəzi Seçki Komissiyasının ölkədə guya 2,5 milyon seçicinin olduğu barədə məlumatını xatırladıb.

"Dünya ölkələrinin hamısında səsvermə hüququ olan seçicilərin sayı ümumi əhalinin 50-54 faizini təşkil edir. Belə olan təqdirdə Ermənistanda 2,5 milyon seçici necə ola bilər? ATƏT bərli-bəzəkli bəyanatlar verməklə məşğuldur. ABŞ Dövlət Departamenti də bu bəyanatı təsdiqlədi və onun bəzəyini bir az da artırdı", - Əli Həsənov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti