...

İlham Əliyev Bruney Sultanını təbrik edib

Siyasət Materials 22 Fevral 2013 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Bruney Sultanını təbrik edib

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

"Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Hacı Həssənal Bolkiaha möhkəm cansağlığı, işlərində uğurlar, Bruney-Darüssalamın dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti